Gülər Əhmədovaya VƏZİFƏ VERİLDİ

Cəmiyyət

Sabiq deputat Gülər Əhmədova Müasir Müsavat Partiyasının beynəlxalq məsələlər üzrə sədr müavini təyin edilib.

Bu barədə partiyanın sədri Hafiz Hacıyev məlumat verib.

O bildirib ki, G. Əhmədova 5 ay əvvəl partiyaya üzv qəbul edilib:

“Daha sonra fəallığına görə onu Siyasi Şuraya üzv seçdik. İdarə Heyətinin bu gün keçirilən iclasında isə onun beynəlxalq sahədə təcrübəsini nəzərə alaraq xarici əlaqələr üzrə sədr müavini təyin etdim”.