Mərkəzi Ordu İdman Klubunun rəisi işdən çıxarıldı - Barəsində ittihamlar var idi...
- 11-03-2021, 15:23
- 758
"Report"un əldə etdiyi məlumata görə, MOİK-in rəisi polkovnik Elxan Məcidov tutduğu vəzifədən azad olunub.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, həmin vəzifənin icrası müvəqqəti olaraq polkovnik-leytenant Mənsur Nəcəfova həvalə edilib.
Xatırladaq ki, Elxan Məcidov MOİK-ə 2019-cu ildən rəhbərlik edirdi.
***
Xatırladırıq ki, dünən Elxan Məcidovla bağlı yerli KİV-də ağır ittihamların yer aldığı məqalə yayınlanmışdı.