Leyla Əliyeva uşaqları sevindirdi - Fotolar
- 5-05-2017, 09:17
- 143 417
Bu məktəbdə təhsil alan sağlamlıq imkanları məhdud, daun və autizm sindromlu uşaqların şəraiti ilə tanış olan Leyla Əliyeva tədris prosesi ilə maraqlanıb.
Leyla Əliyeva sinif otaqlarına baş çəkib və dərslərin gedişini izləyib. Məlumat verilib ki, hazırda məktəbdə 109 nəfər, ev şəraitində isə 749 nəfər fərdi təhsil alır.
Leyla Əliyeva uşaqların təhsil ilə yanaşı, yaradıcılığa maraq göstərməsini təqdirəlayiq hal kimi qiymətləndirib, onların istedad imkanlarının daha da genişləndirilməsini vacib sayıb, həmçinin təhsil ocağının şəraitinin yaxşılaşdırılmasının diqqətdə saxlanılmalı olduğunu bildirib.
Daha sonra Leyla Əliyeva Nəsimi rayonundakı Sağlamlıq imkanları məhdud uşaqlar üçün 268 saylı xüsusi məktəbin şəraiti ilə tanış olub.