Həbs olunan icra başçısının köməkçisi dünyasını dəyişdi
- 23-02-2021, 11:55
- 725
Unikal.org-un əldə etdiyi məlumata görə, Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyevin köməkçisi olmuş Kazımov Natiq Kamil oğlu dünyasını dəyişib. Onun ölümünə səbəb ürək çatışmazlığı olub.
Qeyd edək ki, İ.Vəliyevin həbsindən sonra yeni icra başçısı Mirhəsən Seyidov N.Kazımovu vəzifəsindən azad edərək, Bankə qəsəbə üzrə özünün nümayəndəsi təyin etmişdi.