Reportyor.info 3 yaşında… – Fərqli xəbər məkanı
- 21-02-2021, 14:12
- 719
Bu 3 il ərzində saytda vətəndaşların şikayət və problemləri işıqlandırılıb, onların narazılıqları ictimailəşdirilməklə aidiyyatı qurumlara çatdırılıb.
Reportyor.info bu 3 ildə olmazın çətinlikləri aşıb, görünməz təbəddülatlardan keçib, bu yerə gəlmək üçün məhdud heyətlə, maliyyə problemləri ilə çalışıb. Amma 20-30 nəfərdən ibarət redaksiyaların bir çoxunun gördüyü işi reallaşdırıb.
Reportyor.info bundan sonra da daha maraqlı layihələr həyata keçirməyi, daha operativ, çevik informasiya mərkəzinə çevrilməyi, özəl və fərqli materiallar təqdim etməyi qarşısında məqsəd qoyub.