Həbs olunan daha bir yüksək vəzifəli məmur YAP-dan çıxarıldı
- 18-02-2021, 11:17
- 666
Unikal.org-un əldə etdiyi məlumata görə, Ramiz Tatarov Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa Rayon Təşkilatının sədri vəzifəsindən və partiyanın rayon Siyasi Şurasının üzvlüyündən də kənarlaşdırılıb.
Qeyd edək ki, 2019-cu ilin dekabrında DTX-nın keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ağstafa rayon icra başçısı Nizaməddin Quliyev və birinci müavin Ramiz Tatarov rüşvət alarkən yaxalanıblar. Onlar Cinayət Məcəlləsinin 311.3.3-cü (vəzifəli şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddəsilə təqsirli bilinir. Gəncə Ağır Cinayətlər Məhkəməsində həbs olunan məmurların cinayət işi üzrə təyin olunan məhkəmə prosesi davam edir.