Yol oliqarxı Saleh Məmmədovun milyonluq malikanəsi – FOTOLAR
- 10-02-2021, 17:41
- 794
Yayılan məlumatlara görə, Məmmədov özünə lüks malikanə tikdirib. Belə ki, iddialara görə, bu malikanə Gəncə-Hacıkənd yolunun üstündə, Göygöl rayonunun Aşıqlı kəndi yaxınlıqda tikilib.
Yol 2 il öncə genişlənməyə başlayanda tikintisinə başlanan malikanə artıq hazır hala gətirilib. 3 hektardan çox olan ərazidə Saleh Məmmədova məxsus otel, restoran, yanacaqdoldurma məntəqəsi və koteclər də fəaliyyət göstərir.
Yerli mətbuatda yazılanlara görə, ölkədəki bütün “SMS” adlı yanacaqdoldurma məntəqələri Saleh Məmmədovundur. “SMS” adının isə xüsusi mənası var.
Belə ki, “SMS” – yol oliqarxının ən kiçik oğlu Sübhan Məmmədov Saleh oğlunun ad, soyad və atasının adlarının baş hərfləridir.
Bunu da qeyd edək ki, ötən il dövlət zəmanəti ilə xaricdən borc alan ən iri şirkət AAYDA olub. Borcun miqdarı 3 milyard 578 milyon 300 min dollar təşkil edir.