İşdən çıxarılan rəis Ramiz Mehdiyevin qardaşı oğludur (Foto)

Cəmiyyət

Xəbər verdiyimiz kimi bir müddət öncə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmri ilə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı İman Mehdiyev vəzifədən azad edilərək sərəncama göndərilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, vəzifəsindən azad olunan İ.Mehdiyev AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin qardaşı oğludur.