Bayraqdar Azərbaycan hərbçilərinə PUA-larla bağlı sertifikat verəcək
- 5-02-2021, 12:47
- 622
Bunu Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar teleqram kanalında bildirib.
“Azərbaycan Silahlı Qüvvələrinin zərbə PUA-ları təlimlərini yekunlaşdırmış hərbçilərinə sertifikatları təqdim etmək üçün Zərbə PUA-sı Təlim Mərkəzinə gedirik”, - o vurğulayıb.