Dursun Həsənovun şirkəti üzə çıxdı - Sənəd
- 4-02-2021, 22:57
- 842
PİA.az-ın xəbərinə görə bu haqda məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.
"Şirkətin digər 50 faizlik hissəsi Ramiz Həsənovun yaxın qohumlarından birinə - Sabir Almaz oğlu Həsənova məxsusdur.
İki il əvvəl ICE BOX INTERNATIONAL LTD adı ilə daha bir şirkət Beliz adalarında qeydiyyatdan keçib. Bu şirkətin də diplomat qardaşlara aid olmadığı məlum deyil.
Dursun Həsənov hələ ötən ilin avqustunda XİN-də aşkar edilmiş korrupsiya qalmaqalından sonra Azərbaycanın Gürcüstandakı səfiri vəzifəsindən azad olunmuşdu. Həmin vaxt mətbuatda onun və nazir müavini olan qardaşının DTX-da dindirildiyi barədə məlumat yayılsa da, Ramiz Həsənov bu iddiaları təkzib etmişdi.
Səfir kimi təmsil etdiyin ölkədə bilavasitə şirkət sahibi olasan, Azərbaycanda bundan heç kimin xəbəri olmasın" - C.Həsənli qeyd edib.