Nazir onu Nərimanov DYP-yə rəis TƏYİN ETDİ

Cəmiyyət

Daxili İşlər orqanlarında yeni təyinat olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Hüseyn Əliyev Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə rəis təyin olunub.

Qeyd edək ki, o, bu təyinatadək Bakı Şəhər Dövlət Yol Polisi şöbəsində komandir vəzifəsində çalışıb.