Rövnəq Abdullayevin daha bir “xidməti”: Dayıoğlu və bibioğlu arasında neft sazişi
- 26-01-2021, 12:34
- 835
“SAVAŞ” xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu “Facebook” hesabında yazıb.
Q.İbadoğlu paylaşımında qeyd edib ki, SOCAR-ın pezidenti Rövnəq Abdullayevin daha bir “xidməti” də var:
“Deməli, “Azərtac”ın yaydığı rəsmi məlumata görə, 2010-cu il iyunun 3-də SOCAR-ın baş ofisində ARDNŞ və Almaniyanın “UGE-LANSER-RTİ. LTD” şirkəti arasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sazişi ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və “UGE-LANSER-RTİ. LTD” şirkətinin baş meneceri Lother Tauşke imzalayıb.
“Azərtac” yazır: Rövnəq Abdullayev çıxış edərək bildirib ki, ümumi sahəsi 16,14 kvadratkilometr təşkil edən Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında ARDNŞ və Almaniyanın “UGE-LANSER-RTİ. LTD” şirkəti arasında imzalanmış sazişdə “UGE-LANSER-RTİ. LTD” şirkətinin iştirak payı 75 faiz, ARDNŞ-in Ortaq Neft Şirkətinin payı isə 25 faiz müəyyən edilib.
“UGE-LANSER-RTİ. LTD” şirkətinin baş meneceri Lother Tauşke təmsil etdiyi qurumun artıq 5 ildir ki, ARDNŞ ilə birgə ekolmühəndislik xidməti sahəsində layihələr həyata keçirdiyini diqqətə çatdırıb.Mənbə: https://azertag.az/xeber/481525
Bu sazişi təftiş edərkən aşağıdakılar məlum olur:
1) “UGE-LANSER-RTİ. LTD” şirkəti Alman şirkəti deyil, Sinqapurda qeydiyyatdan keçib.Mənbə: https://sgpgrid.com/company-details/ugelancer-pte-ltd
2) “UGE-LANSER-RTİ. LTD” şirkəti saziş imzalanandan 533 gün əvvəl – 2008-ci ildə yaradılıb. Halbuki, bu şirkətin baş meneceri Lother Tauşke çıxışında deyib ki, onlar ARDNŞ ilə birgə ekolmühəndislik xidməti sahəsində 5 illik layihələr həyata keçirmək təcrübəsinə malikdirlər.Mənbə: https://azertag.az/xeber/4815253) “UGE-LANSER-RTİ. LTD” şirkəti Rövnəq Abdullayevin dayısı oğlu Anar Əliyevə məxsusdur.Mənbə: https://cdn.globalwitness.org/…/azerbaijan_anonymous_lr…
Beləliklə də nefts sazişi dayıoğlu və bibioğlu arasında imzalanıb, Azərbaycan Respublikasının Milli Məclisi də həmin sazişi qanun kimi qəbul edib və həmin qanunu prezident İlham Əliyev də imzalayıb.Mənbə: http://www.e-qanun.az/framework/21689
P.S. Foto bölməsində Anar Əliyevin idarəçiliyində olan şirkətlər təqdim olunur.