Əkrəm Həsənov Ramin Qurbanovu tənqid etdi: “Kitab oxumamaları bir tərəfə, Avropaya bu qədər gedib-gəlirlər...”
- 26-01-2021, 10:07
- 976
Bunu ekspert Əkrəm Həsənov deyib.
“Axı söhbət hansısa gözlənilməz problemdən getmir. Ayağa qalxmağın problem olacağını və buna görə də qanuna dəyişiklik edilməsini qabaqcadan düşünmək belə çətin idi? Elmlər doktoru necə olublar ki, xarici təcrübəni öyrənməyiblər hələ də? Kitab oxumamaları bir tərəfə, Avropaya bu qədər gedib-gəlirlər axı, oradakı təcrübəni niyə bilmirlər? İndi hər dəfə bir balaca problem çıxacaq deyə, videokonfrans formatında məhkəmə proseslərinə həsrət qalacağıq? 1 ilə yaxındır ki, pandemiyaya görə ölkədə ədalət mühakiməsi iflic vəziyyətə düşüb. Vaxtında elektron məhkəmə sistemini normal və sürətli qursaydılar, indi bu problem olmazdı. Amma hətta indi də belə ləng işləyirlər. Niyəsini də hamımız bilirik: Bəzilərinə videokonfrans şəklində olacaq şəffaf məhkəmə prosesləri sadəcə sərf etmir. Odur ki, elə uzadırlar imkan daxilində” – Ə.Həsənov qeyd edib. (pravda)