“Cavid-2016” MMC -dən -AÇIQLAMA
- 7-01-2021, 13:25
- 1 076
Bizim Dövlətimiz tolerant dövlətdir,tolerantlıq mühitinin möhkəmləndirilməsi və gücləndirilməsi üçün Dövlət səviyyəsində tədbirlərin həyata keçirilməsi hər birimizə aydındır. Bizim cəmiyyətimizdə müsəlmanlara, yəhudilərə, xristianlara heç bir ayrı-seçkilik qoyulmur və hər bir şəxs öz dini etiqadına uyğun olaraq ibadətini edir. Biz də bu yanaşma ilə onların qərarına hörmətlə yanaşdıq və tikilini dini icmanın istəyinə uyğun olaraq söküntü üçün qəbul etmədik. Məntiqi olaraq ikinci mərtəbədə yerləşən mənzillər də hal-hazıra kimi tərəfimizdən toxunulmamış qalmışdır. Lakin həm tikilinin istismar müddəti bitdiyindən, həm də sakinlər öz mənzillərini tərk edərkən özləri həmin mənzillərin qapı-pəncərələrini, döşəmələrini söküb apardıqları üçün mənzillər tam yararsız vəziyyətə düşmüşdür. Həm dini icmanın, həm də oradakı sakinlərin xahişini nəzərə alıb biz həmin mənzilləri və binanı öz hesabımıza təmir edirik. Erroziyaya uğramış dəmir pilləkənlər dəmir–beton konstruksiyalı pilləkənlərlə əvəz olunmuşdur, binanın dayanıqlılığını təmin etmək məqsədi ilə gücləndirmə işləri aparılmışdır, dam örtüyü yenilənmişdir. Sakinlərin mənzillərinin eyvan hissəsinin sahəsi isə əhəmiyyətli formada artırılmışdır. Bütün həyətdəki sakinlər ümumi sanitar qovşaqlardan istifadə edir di ki, bu da çox bərbad vəziyyətdə idi. Biz hər bir mənzili fərdi sanitar qovşaqlarla təmin etdik. Gördüyümüz bu işlərin nəticəsi olaraq biz həm Malakan dini İcmasından, həm də 4 mənzillərin sahiblərindən ancaq təşəkkür gözləyirdik. Şahbazova Lamiyədən başqa digər şəxslər onların arzularını öz imkanlarımız hesabına yerinə yetirdiyimizə görə həqiqətən bizə öz təşəkkürlərini bildirirlər. Lakin narazı qalan yeganə şəxs Şahbazova Lamiyə olmuşdur ki, bunun da səbəbi yalnız müssisəmizin hesabına gəlir əldə emək istəyi olmuşdur.
Belə ki, Lamiyə xanımın özü və yaxınları bizim üzərimizə götürdüyümüz öhdəliklərin çərçivəsindən çox-çox kənara çıxaraq müvafiq qurumlar tərəfindən istismara yararsız hesab edilmiş mənzili üçün bir dəfə 100 000 (bir yüz min) manat, bir dəfə ümumi sahəsi 70 kv\m olan mənzil istədilər. Biz isə onların ümumi sahəsi 27 kv\m olan mənzilinin əvəzində L.Şahbazovaya ümumi sahəsi 42 kv\m olan mənzil verməyə hazır olduğumuzu bildirdik. Bundan sonra L.Şahbazova 100 000 manatdan 90 000 (doxsan min) manata, sonuncu dəfə isə 50 000 (əlli min) manata endi. Rəqəmlərin dəyişməsinə baxanda L.Şahbazovanın bizim hesabımıza varlanmaq istəyi aydın başa düşülür. Hazırda isə qeyd etdiyimiz kimi, biz həmin binanı söküntü üçün qəbul etməmişik. Ona görə də L.Şahbazovanın da mənzilinin yerləşdiyi binanı sakinlərin istəyinə uyğun təmir edib, müasir tələblərə uyğun bir formada onların istifadəsinə verəcəyik. Sizin saytınız və ya saytınız əməkdaşı isə bu hallların heç birini araşdırmadan, məsələnin mahiyyətini bilmədən haqqımızda qərəzli yazı dərc etmisiniz.
Biz Sizi həmin əraziyə dəvət edirik və L.Şahbazova ilə birlikdə, digər qonşular və dini icma üzvləri ilə birlikdə yerində binaya baxış keçirək. O zaman Lamiyə xanımın istəyinin məqsədləri Sizə aydın olacaqdır. Belə məsuliyyətsiz yazılar dərc etməklə saytınız bizim imicimizə ziyan vurur ki, bu da yolverilməz haldır. Paytaxtımızın ən gözəl yerlərindən birində quruculuq, abadlıq işləri aparan, vətəndaşlarımızı müasir mənzillərlə təmin edən müəssisə haqqında belə yazılar heç də Sizə baş ucalığı gətirən deyil. İstər bizim müəssisə olsun, istər hər hansı digər müəssisələr olsun, bunların haqqında bir yazı dərc etməzdən öncə doğru-düzgün mənbələrdən doğru-düzgün məlumat toplamağı və Dövlətimizin Sizin üçün yaratdığı mətbuat azadlığı şəraitindən sui istifadə etməməyinizi Sizə tövsiyyə edirik. Biz öz fəaliyyətimizdə hər zaman qanunun aliliyi prinsipini rəhbər tutmuşuq. Bütün göstərdiklərimizi nəzərə alıb saytınızda gedən yazıya dair təkzib verməyinizi Sizdən tələb edirik. Əks təqdirdə Azərbaycan Respublikasının qanunları çərçivəsində müvafiq addımlar ata biləcəyimizi diqqətinizə çatdırırıq.
Hörmətlə, Direktor Rəfiyev Sərdar Səfər oğlu
06 yanvar 2021-ci il