Vətəndaş etiraz edir-Budur azadlıq,budur demokratiya gedim özümü asım?-VİDEO
- 29-04-2017, 18:51
- 85 055
Şəhid anası məmur qapısında boynun büküb ağlayıb, yalvardığının şahidi oldum.Budurmu vətən üçün yaşayıb,vətən üçün ölmək? Şəhidin anası dərman pulundan ötəri, işlədiyi idarənin qapısında öz haqqını yalvara- yalvara istəsin,boynu bükük qalmalıdır? Təqdim etdiyimiz süjetdə isə illərlə vətənə xidmət edən,döyüşən,öz zəhməti ilə iş quran 33 ilə pillə pillə ,əzabla qurduğu, bir neçə insanıda ətrafına toplayıb çörək verən insanın obyektini qanunsuz olaraq 1 saata sökülmə əmri verənlərdən danışacıq.Bu cür harınlamış məmura nə ad verək?Vətəndaş deyir" bir vaxtlar Heydər Əliyev Moskvadan Naxçıvana gələndə onun bacısının evinə təmannasız usta işi gördüm.Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsinə ,dəstək olan bir vətəndaş olmuşam çünki onun doğru siyasətinə inan biri olmuşam.Bu gündə sevinirdik ki,dahi şəxisəyyitin oğlu prezidentimizdir.Amma mənim illərlə qurduğum işin üstündən bir saata xətt çəkirlər.Artıq əlacsız qalmışam mən fəhləçilikdən bu vəziyyətə gəlmişəm indidə işimin həm sahibi həm fəhləsiyəm.Mən dövlətdən pul,iş istəmirəm işimi görüb vergimi ödəmişəm,bütün sənədlərim qanunidir.Hansı səbəbə mənim obyektim sökülür." Həqiqətən də çox acınacaqlı vəziyyətdir.İnsanlara bu cür zülm etmək olmaz.Məqsədiniz nədir ay saxta məmurlar,siz bu milləti diri- diri qırmaq istəyirsiniz? Yoxsa cənab prezidentimizin düşmənisiniz? Fironluq iddiası ilə yaşayır bu gün bəzi məmurlar.Allahınız olsun, insanlara bu cür zülm etmək olmaz.Bu zülmü Allah götürməz bunu siz insanlarda yaşamaq eşqini,insanlığı məhv edirsiniz.Bunun sonu olmalıdır.Cənab prezidentimiz, əlacsız qalan,əziyyəti ilə iş quran bu vətəndaşın sizin köməyinizə,dəstəyinizə ehtiyacı var ona kömək edin. Bizdə inarıqki,cənab prezidentimiz dərhal bu reaksiyaya reaksiya verəcək.Bu Allahsız məmurların cəzasını verəcəkdir.Bir dəfə yazmışdım yenə deyirəm ölkəni iki nəfər idarə edəcəksə,siz kimə lazımsınız? Kimin obyektini sökürsünüz nə komensasiya ödeyirsiniz,nə obyekt verirsiniz.Sözdə deyənə bir söz deyirsiniz haranı istəsək biz sökərik heç pulda vermərik.Nə bilirsiniz edin.Nə məsəlidir, sizi vəzifəyə qoçuluq etməyə qoyublar?
Videomaterialı sizə təqdim edirik.