Türkiyənin Bakıdakı səfirliyindən Ağdam TƏBRİKİ

Cəmiyyət

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi Ağdam rayonunun azad olunması ilə bağlı "Facebook" səhifəsində paylaşımla Azərbaycanı təbrik edib.

Təbrikdə deyilir:

"Azerbaycan Ordusunun Ağdama girməsi və Ağdamın qurtulması münasibətilə ürəkdən təbriklərimizi paylaşırıq. Bayramın mübarək, Azərbaycan!"