Keçmiş nazirimizin oğlu 44 gün DÜŞMƏNLƏ ÜZ-ÜZƏ... - FOTO
- 16-11-2020, 13:09
- 1 142
Gununsesi.info-nun məlumatına görə, bu barədə Əliyevlər ailəsinin yaxınları bildiriblər. Torpaqlarımızın işğaldan azad edilməsi əməliyyatlarında iştirak edən Yusifin döyüşlərə könüllü yollandığı vurğulanıb. Y.Əliyevin hazırda da ön cəbhədə xidmətə davam etdiyi qeyd olunur.
Xatırladaq ki, Fərhad Əliyev 2001-2005-ci illərdə Azərbaycanın iqtisadi inkişaf naziri vəzifəsində işləyib. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 14 oktyabr 2013-cü ildə Azərbaycan Prezidentinin sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Hazırda biznes sahəsində fəaliyyət göstərir.