Şəmkirli iş adamı Elbrus Məmmədov şəriki Rauf Məmmədovu girov saxlatdırıbmı?
- 28-04-2017, 14:23
- 117 606
10 gün əvvəl isə Bakının mərkəzi küçələrindən birində E.Məmmədovun adamları Rauf Məmmədovu vəhşicəsinə döyüb başına küt alətlə zərbələr endiriblər. Onun başının dərisi parça-parça olub, yara yerinə tikiş qoyulub, həkimlər onu ölümdən qurtarıblar, hətta Rauf Məmmədov əməkdaşımıza müsahibəsində bildirib ki, onu bir neçə gün girov da saxlayıblar...
***
Elbrus Məmmədovun şəriklərindən biri olmuş Ruslan Abbasov isə deyib ki, Rauf Məmmədov ölümcül döyüləndən sonra ona da “öldürüləcəksən” mesajı göndərilib. “Mənə də xəbər göndərib ki, Rauf Məmmədovla haqq-hesabımızı çürütdük, səninlə də haqq-hesab çəkəcəyik. Bu il fevralın 11-də Elbrus Məmmədov şəriki Mahir Qarayevə məni də döydürüb. Hadisə Həsən Əliyev küçəsi 111-də baş verib və həmin hadisənin videosu da məndə var, polisə təqdim etmişəm. Redaksiyanıza da təqdim edirəm. Mənim Elbrus Məmmədovdan 100 min dollar alacağım var. Şikayətimdən sonra Bakı Şəhər Baş Polis İdarəsində Mahir Qarayevin barəsində cinayət işi başlanıb. Tələb edirəm ki, mənim döyülməm faktı üzrə də Elbrus Məmmədovu cinayət məsuliyyətinə cəlb etsinlər”.