"Cəbrayıla gedəndə dizlərimi yerə qoyub torpağından öpəcəm" - Ramil Səfərovun atası
- 7-10-2020, 12:39
- 1 204
"Xəzər" Tv Ramil Səfərovun atasının evində olub. Cəbrayılın işğaldan azad olunmasını böyük sevinc hissi ilə qarşılayan Sahib Səfərov fikirlərini bölüşüb:
"Cəbrayıla, onun havasına,suyuna, torpağına qurban olum. O, sevinci Ramil vətənə geri gətiriləndə də keçirtdim, indi də keçirdirəm bundan sonra da keçirəcəm. İstər istəməz əl-ayağım əsdi. Çox sevinirəm ki, orada daha erməni ayağı dəymir. O dağlar, meşələr, sərçələr də bizdən ötrü darıxıb. Cəbrayıla ilk ayaq basan gün dizimi yerə qoyub torpağından öpəcəm. Hər yer gözümün qabağındadır".