Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi - Yeni TƏYİNAT
- 23-09-2020, 16:29
- 1 508
Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Canəli Nuriyev Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) İstintaq Bölməsinin rəisi vəzifəsindən azad olunub.
Nazirin digər əmri ilə, o, Səbail rayon Polis İdarəsinin Tədqiqat şöbəsinin rəisi vəzifəsinə təyin olunub.