Ceyhun Osmanlı məhkəmə qarşısında- SƏBƏB
- 13-09-2020, 13:58
- 1 277
Unikal.org-un əldə etdiyi məlumata görə, keçmiş deputat banka olan kredit borcunu ödəmədiyi üçün ləğv prosesində olan “AGBANK” ASC tərəfindən məhkəməyə verilib. Məhkəmə prosesinin hazırlıq iclası sentyabr ayının 15-də Yasamal Rayon Məhkəməsinin hakimi Vahid Hacıyev tərəfindən keçiriləcək.
Xatırladaq ki, Ceyhun Osmanlı 2010-cu ildə 63 saylı Sabirabad birinci seçki dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.