"Səfər Mehdiyev gömrüyün köhnə rəhbərliyindən şübhələnir..." - İSMARIC YOLLADI...
- 4-09-2020, 15:33
- 1 076
Mənbənin dia.az-a söylədikləri: "Səfər Mehdiyev zənn edir ki, işin arxasında kənar maraqlı qüvvə var. Əsas olaraq Səfər Mehdiyev gömrüyün köhnə rəhbərliyindən şübhələnir... İnanır ki, köhnə rəhbərlik zamanında mediada özünə yaxın qüvvələr formalaşdırıb ki, indi də Səfər Mehdiyevə hücum edirlər. Adam daha anlamır ki, DGK-ni hədəfə gətirən hansısa qüvvələrin sifarişi yox, elə Səfər Mehdiyevin naşılıqları, fəaliyyətindəki nöqsanlardır".
Mənbə iddia edir ki, hətta Səfər Mehdiyev keçmiş DGK rəhbərliyinə aid bəzi şəxslərə dlayı yollarla "məndən əl çəkin" ismarıcını da yollayıb...
Xatırladaq ki, Səfər Mehdiyevə qədər DGK-ya Aydın Əliyev rəhbərlik edib.
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...