Abid Şərifovun Londonda biznesi olan 29 yaşlı nəvəsi müflis olub? – Ailənin DOSYESİ
- 28-08-2020, 01:27
- 1 302
Yeniavaz.com xəbər verir ki, “Abeona Global Limited” şirkətinin aktivləri 2018-ci ildə 259 min 626 funt-sterlinq ( 343 min dollar) olduğu halda, 2019-cu ilin sonunda bu göstərici kəskin şəkildə azalaraq cəmi 16 funt-sterlinq (21 dollar) olub.
Müvafiq qurumlarının açıqladığı məlumatlarda qeyd olunur ki, “Abeona Global Limited” şirkətinin bank hesabında cəmi 16 funt-sterlinq vəsait var.
Məlumat üçün bildirək ki, “Abeona Global Limited” şirkəti 22 iyun 2017-ci ildə İngiltərədə qeydiyyatdan keçib. 1995-2018-ci illərdə Azərbaycanda Baş nazirin müavini vəzifəsində işləyən Abid Şərifovun nəvəsi Nicat Mahmudov şirkətin yeganə direktorudur.
Nicat Mahmudov mətbuata verdiyi açıqlamda deyib iki, 2011-ci ildə (20 yaşında) Londonda “Buta Lounge” adlı restoran açıb.
1991-ci ildə anadan olan Nicat Mahmudov eyni zamanda 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğludur. Nicat Mahmudov anası, yəni Abid Şərifovu qızı – Təranə Mahmudova isə Azərbaycanda 2 şirkətin qanuni təmsilçisidir.
Bu şirkətlər 2002-ci ildə qeydiyyata alınan “A.N.N.N” MMC və 2017-ci ildə qeydiyyata alınan "GÜVƏN 2017" MMC-dir.
Təranə Mahmudovanın həkim olduğu bildirilir. Abid Şərifovu qızı 2013-cü ildə 5 nömrəli Kliniki Doğum Evinin həkim-neonatoloqu kimi “Səhiyyə əlaçısı” döş nişanı oilə təltif olunub.
Təranə Mahmudova hazırda Nərimanov rayonunda fəaliyyət göstərən “Optimed” Tibb Mərkəzinin də direktorudur.