SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İcra başçısı İradə Gülməmmədovaya toxunulmazlıq statusu verən kimdir?

İcra başçısı İradə Gülməmmədovaya toxunulmazlıq statusu verən kimdir?

Tarix:

21-08-2020, 09:59

/ 677 dəfə oxundu.
İcra başçısı İradə Gülməmmədovaya toxunulmazlıq statusu verən kimdir?

Müsəlman dünyasının xeyli əcəb işləri var.

Doğrusu, ölüsünün, dolayısıyla özgə bir adamın əvəzinə namaz qılan, oruc tutan eşitmiş, Həccə, Kərbəlaya ziyarətə gedən görmüşdük. Amma başqasının əvəzinə həbs yatıb “islah olunmaq” adəti yəqin ki, biz azərbaycanlıların ağlının məhsuludur. İnanmaq olmur ki, hansısa müsəlman ölkəsində bir xoşniyyət adam çıxıb adı oğurluqda, dövlət əmlakını (İslam terminlərilə desək, beytülmal) talamaqda hallanan birisinin günahını boynuna götürüb 4-5 il içəridə qalmaq fədakarlığına qatlana.

Düzdür, bizim məşhur “Nəsimi” filmində böyük şairin əvəzinə dərisinin soyulması fədakarlığına qatılanmaq istəyənlər olub. Amma bu, bədii filmdir. Həqiqətən də belə fədakar müridlərlərin olub-olmadığını araşdırmaq üçün gərək tarixi sənədlərin tozunu udasan. O tarixi sənədləri də indiki əyrini doğru yazan bəzi jurnalistlərin babaları qələmə alıbsa, onda heç zəhmətə qatlanmağa dəyməz. Yüz faiz yaxşı pul verənin xeyrinə saxtalaşdırılıblar.

Redaksiyamıza ünvanlanan şikayət məktublarından belə anlaşılır ki, XXI əsrdə öz “mürşidlərinin” oduna yanan “müridlər” tapılır. Üstəlik, onların oda yanmaq razılığı belə alınmır. Sən əgər filan İcra Nümayəndəliyinin, belə deyək, Baş memarısansa, zəhmət çəkib rayon rəhbərinin yerinə yatmalısan.
Özü də indiki “müridlərin” “mürşidləri” Nəsimi kimi aydan arı, sudan duru da deyil. Söhbət “beytülmal”ın yeyilməsindən gedir. Bəli, XXI əsr Azərbaycanında “beytülmal”ı yeyə-yeyə “mürşidləşən” icra başçıları var və hər gün onlardan birinin qoluna qandal vurulur. Amma ünvanımıza göndərilən məktubdan belə anlaşılır ki, bu məmləkətdə hüquq mühafizə orqanlarının gözündən yayınacaq qədər oyanıq “mürşidlər” də peyda olublar. Necə gözdən yayına biliblər? Çox sadə: onlar özlərinin əvəzinə həbs yatacaq “mürid”lərə sahibdirlər.

Doğrusu, bu iddiaların nə qədər doğru olduğunu sübut etmək iqtidarında deyilik. Biz sadəcə ünvanımıza göndərilən məktubdan çıxan nəticəni oxucuya çatdırırıq. Həmin iddialar təkzib olunmayana qədər istər-istəməz əsaslı sayılırlar. Əsassızlığını isə qarşı tərəf öz cavabıyla ortaya qoya bilər. Hər halda iddialara cavab vermək dövlət orqanı olaraq İcra Hakimiyyətlərinin bir nömrəli borclarıdır Nə yazıq ki, Abşeron rayonunun hakimi-mütləqləri hər gün mətbu orqanları bəzəyən bu iddiaları yalanlamağı belə özlərinə rəva bilmirlər.

Bu kiçik iradımızdan sonra keçən sözümüzün “məmmədqulusuna”

***

Abşeron rayonunun icra başçısının güdazında gedən baş memarı Akif Əliyevin 3 bacısı və 1 qardaşı Baş Prokurorluq binasının qarşısında intihar etməyə hazırlaşır.

Ovqat.com xəbər verir ki, redaksiyamıza göndərilən bir şikayət məktubunda belə deyilir.

Aktuallığını nəzərə alıb məktubu olduğu kimi dərc edirik:

Günlərin bir günü Məhəmməd peyğəmbər (ə.c) Məkkədən Mədinəyə gedərkən yol kənarında bir qadının kənd camaatı tərəfindən daşa basıldığını görür. Yaxınlaşıb qadından soruşur ki, nədir günahın, sənə niyə daş atırlar?

Qadın buyurur ki, Ya Rəsul Allah mənim heç bir günahım yoxdur. Amma bircə onu bilirəm ki, mənə daş atanların hamısı Allah Taalanın günahkar bəndələridir.

Əziz oxucular, görürsünüzmü, günahkarların günahsızları daşa basması Peyğəmbərimizin yaşadığı dövrdən bu günlərimizə qədər gəlib və indi də mövcuddur. Eyni vəziyyət, faciə bizim ailəmizin də başına gəlib.

Məlumat verdiyimiz kimi bu ilin iyun ayının 23-də Abşeron rayonunun baş memarı, əməkdar memar qardaşımız Əliyev Akif Ələs oğlu heç bir əsas olmadan qondarma ittihamlarla Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmişdir. Halbuki nə onun üzünə dirənən olub, nə onun əleyhinə ifadə verən, nə rüşvət aldığı yerdə yaxalanıb, nə evində rüşvət pulları aşkar edilib, nə də seyfində. Sual olunur: Bəs o, hansı əsasda tutulub?

Bir daha xatırladırıq ki, rayonun İcra başçısı onun bütün səlahiyyətlərini, o cümlədən memara məxsus möhürü və ştampı da onun əlindən almışdı.

Bu haqsızlığa dözə bilməyən bacımız Verdiyeva Güləsər Ələs qızı iyul ayında intihar elədi. Birmənalı olaraq bildirmək zərurəti yaranır ki, qardaşımız İradə Gülməmmədovanın əvəzindən həbs edilib və hazırda Kürdəxanı həbsxanasındadır. Qeyd edək ki, Akif Əliyev həbs ediləndə İcra başçısının pulunu yığan bacısı oğlu Babək də həbs edilmişdi və başçının rüşvət pulunu yazmağını etiraf etmişdi. Lakin təəccüb təsiri bəxş edən cəhət budur ki, müstəntiqlə əlbir, dilbir olan İradə Gülməmmədova bir sutkadan sonra bacısı oğlu Babəki azad etdirmiş, qardaşımız Akif Əliyev isə hələ də başçının cəzasını çəkir!

Abşeron rayonunun hər bir sakini çox gözəl bilir ki, İradə Gülməmmədova başçı işlədiyi illərdə yaxın qohumlarını başına toplayıb onların vasitəsi ilə rüşvətxorluqla, talançılıqla məşğul olub, amma qondarma rüşvətalma maddəsi ilə haqsız tutulan qardaşımız Akif Əliyev olub. Müstəntiq Tural Məhərrəmov İradə Gülməmmədova ilə bağlı qapılar arxasında xəlvəti söhbət ediblər, işi bağlamaq üçün ssenari hazırlayıblar. Yazıçı Anarın obrazlı ifadəsi ilə desək, avtogen açmadığı qapını pul açıb. Qardaşımız Akif Əliyev həbs edilib.
Bir sual bizi dərindən düşünməyə vadar edir: Düşünürük ki, görəsən İradə Gülməmmədovanın toxunulmazlığına xüsusi status verən kimdir?

Biz bu haqsızlığa qəti etiraz edirik və xəbərdarlıq edirik ki, lap yaxın vaxtlarda qardaşımız azadlığa buraxılmasa Baş Prokurorluq qarşısında biz hamılıqla intihar edəcəyik.

Bu zaman bütün məsuliyyət və cavabdehlik Tural Məhərrəmovun və İradə Gülməmmədovanın üzərində qalacaq. Bu qərarımız qətidir və dəyişilməzdir. Biz atacağımız bu addımı bir aydan artıqdır müzakirə edirik. Onu da xüsusi vurğulamaq istəyirik ki, 2 aydır bu barədə Baş Prokurorluğa aramsız müraciətlər yazıb göndəririk, nüfuzlu saytlarda ictimailəşdiririk. Lakin heç bir cavab ala bilmirik.

Görünən budur ki, vətəndaşların ərizə, şikayət və təkliflərinə baxılması iflic vəziyyətdədir, rüşvətxorluğa isə əbədi yaşıl işıq yandırılıb. Nə olar, qoy biz həyata əlvida deyək, rüşvətxorlar talançılar yaşasın, öz çirkin əməlləri ilə məşğul olsunlar.

Bizləri intihara sürükləyən haqsızlıqdır.

Ovqat.com

Şərhlər

XƏBƏR LENTİ