"Lotu Quli” Bakıda dəfn ediləcək
- 20-08-2020, 10:50
- 1 176
Lent.az xəbər verir ki, N.Səlifov Bakıxanov qəbiristanlığında (Razin) atasının məzarının yanında dəfn ediləcək.
Qeyd edək ki, N.Səlifov bu axşam Türkiyədə güllə ilə başından vurulub. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qətli törədən şəxsin "Lotu Quli"nin yaxın çevrəsindən olan Xan Əhmədlinski olduğu bildirilir.
1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub.
O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.