Səfər Mehdiyev yenə də CASUS OVUNDA - DGK sədri pişvaza hazırlaşmalıdır...
- 15-08-2020, 12:15
- 1 421
Məlumatlı mənbənin dia.az-a bildirdikləri: "Düşünməyin ki, yuxarı instansiyalar KİV-də yazılanların üstündən keçir. Bütün dəlillər, təqdim olunan faktlar zərgər dəqiqliyi ilə saf-çürük edilir və gərəkən halda hüquq-mühafizə orqanlarına yönləndirilir. Burada ittiham hədəfi birbaşa olaraq rəhbərliyin özü olduğundan atılacaq istənilən bir hüquqi addım üçün konkret olaraq "yuxarıların" iradəsi vacib şərtdir".
"İnanmamaq mümkün deyil ki, bu faktların qarşılığında DGK-nın öz binasında belə xüsusi əməliyyatın keçirilməsinə qərar verilməsin. Araşdırma istənilən halda gedir və belə bir qərarın olacağı da istisna edilmir" - deyən mənbə dia.az-a əlavə olaraq bildirib ki, Səfər Mehdiyev hazırda gömrüyün şəxsi heyətində "xain" axtarır: "Bununla məşğul olmaqdansa, bir gün qapısını döyəcək hüquq-mühafizə orqanları əməkdaşlarının pişvazına hazırlaşsın..."
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...