SOCAR-da qruplar arası savaş - Vasif Əmirov vitse prezidentlik yolunda...
- 14-08-2020, 11:03
- 2 002
Əldə etdiyimiz məlumata görə qurum daxilində artıq vəzifə uğrunda qruplaşmalar arasında mübarizəsi başlayıb.
AzFakt.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatda qeyd edilir ki, SOCAR-da uzun illərdir daha yüksək posta - vitse-prezident postuna sahiblənmək istəyən şəxslərdən biri də Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirovdur.
Əslən Naxçıvandan olan Vasif Əmirovun əlaqələrinin geniş olduğu, Bakı və Naxçıvanda ali rəhbərliyə çıxışının olduğu söylənilir. Məlumatda deyilir ki, Vasif Əmirovun uzun illərdir ki, SOCAR-da Neft Kəmərləri kimi strateji idarəyə rəhbərlik etməsi, rəhbərliyin ona olan etimadından irəli gəlir.
İddiaya görə Neft Kəmərləri İdarəsinin rəisi yaxın günlərdə təqaüdə göndəriləcək SOCAR-ın vitse-prezidentlərindən birinin postuna təyin ediləcək.
Xatırladaq ki, Vasif Əmirov bir müddət əvvəl ölkə mətbuatında Türkiyədə milyonluq villa alması ilə gündəmə gəlmişdi.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq...