"AZƏRSU" RƏHBƏRİNİN QIZIL SUYUNA ÇƏKİLMİŞ MÖHTƏŞƏM VİLLASI və ya QAYNI İLƏ BİRGƏ ƏMƏLİYYATLARI - Fotolar
- 9-08-2020, 15:15
- 3 813
Azinforum.az-a istinadla xəbər veririk ki, belə paylaşımlardan birini də jurnalist Samir Feyruzov edib.
Sözügedən paylaşımda jurnalist “Azərsu” ASC-nin rəhbəri Qorxamaz Hüseynovun villarından birinin fotolarını paylaşıb: “Hər kəs soruşur ki, dövlət büdcəsi necə talanıb, hanı dövlətin pulları? “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun Nərimanovda yerləşən villalarından birinin iç görüntüləri…
Villanın divarları qızıl suyuna çəkilib, Əfqanıstandan xüsusi mərmər gətirilib, Braziliyadan gətirilən müxtəlif materiallarından istifadə olunub.
Bu adamın dövlətdən müxtəlif yollarla nə qədər pul oğurladığını bilmək üçün təkcə qaynı Namiq Cəbrayılovun rəhbəri olduğu “Hidro-İnşaat Servis” MMC-nin fəaliyyətini araşdırmaq bəs edir.
Q.Hüseynov ən bahalı, milyonluq tenderləri qaynı N.Cəbrayılova verib”.