Dövlət Xəzinadarlıq Agentliyində nüfuz müharibəsi - Nadir Qarayevlə Elman Piriyev arasında “soyuq savaş”
- 5-08-2020, 15:02
- 2 093
Nadir Qarayevlə Elman Piriyevin münasibətlərinin heç də yaxşı olmadığı barədə isə mətbuatda çoxdan yazılar getməkdədir. Bəzi iddalara görə isə Nadir Qarayevlə Elman Piriyevin arasındakı “soyuq müharibə” Azər Bayramovun da probleminə çevrilib. Çünki nazir müavini tez-tez sinif yoldaşı Elman Piriyevlə, yerlisi və qohumu Nadir Qarayev arasında seçim etmək məcburiyyətində qalır. Və belə görünür ki, son Dövlət Xəzinadarlıq Agentliyinin nəzdində regional idarələrinə rəislərin təyinatı zamanı Elman Piriyevin mövqeyi daha ağırlıq təşkil edib.
Bununla bağlı redaksiyamızı məlumatlandıran mənbənin iddiasına əsasən Elman Piriyevin Azər Bayramovun yanında Nadir Qarayevdən daha təsirli gücə sahib olmasının səbəbi mətbuatda yayılan məlumatlardır. Belə ki, həmin məlumatların məhz Nadir Qarayev tərəfindən yazdırılması ilə bağlı iddialar mövcuddur.
Qeyd edək ki, saytımıza daxil olan məlumatda idda edilir ki, bir neçə ay bundan öncə ölkə mətbuatında Elman Piriyevin Dövlət Xəzinədarlıq Agentliyində xoşagəlməz mühit yaratması barədə yazı dərc edilib. Həmin məqalədə qeyd edilridi ki, Dövlət Xəzinədarlığı Agentliyinin direktoru Elman Piriyev regional idarələrə öz yaxın adamlarını və kadrlarını yerləşdirməyə başlayıb. Bu məlumatın mətbuata Nadir Qarayevə yaxın olan və onun mətbuatla münasibətlərini tənzimləyən bir iş adamı tərəfindən ötürüldüyü qeyd olunur.
Məlumata görə Nadir Qarayev Elman Piriyevin regional idarələrə öz adamlarını yerləşdirməsi məlumatını dövriyəyə buraxmaqla, həm də nazir müavini Azər Bayramovuda hədəfə alıb. Çünki işin içində olan Nadir Qarayev yaxşı bilir ki, Elman Piriyevin Dövlət Xəzinadarlıq Agentliyinin direktörü təyin edilməsi birbaşa Azər Bayramovun istəyidir. Nazir müavini ilə Elman Piriyev sinif yoldaşı olmaqla yanaşı, həm də uzun illərin yaxın dostudurlar.
Nadir Qarayev yaxın ətrafı ilə söhbətdə “Azər Bayramovun Dövlət Xəzinadarlıq Agenytliyi direktoruluğu vəzifəsini illlər öncə ona söz verdiyini, hətta bu qurumun yaradılması ideyasınında ona məxsus olduğunu” iddia edir. Ancaq son anda Azər Bayramovun illərdən bəri ona verdiyi sözü tutmaması və Elman Piriyevi önə çəkməsi, 1 saylı Xəzinədarlıq İdarəsi rəisini ciddi şəkildə narazı salıb. (obyektiv.info)