Baş Prokurorluqdan mərhum generalın oğlu ilə bağlı AÇIQLAMA
- 5-08-2020, 14:59
- 1 551
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Nəbili Orxan Firudin oğlu 05.08.2016-cı il tarixdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı vəzifəsində çalışır.
Qeyd edək ki, bəzi KİV-də Baş prokuror Kamran Əliyevin guya mərhum generalın oğluna yüksək vəzifə verməsi ilə bağlı xəbərlər yayılmışdı.