Prezidentin köməkçisindən rayonlara gediş-gəlişlə bağlı AÇIQLAMA

Cəmiyyət

"Bakıda yoluxma tendensiyası müşahidə olunur. Bu səbəbdən epidemioloji şərait kompleks şəkildə qiymətləndirildikdən sonra regionlara gediş-gəlişin açılması məsələsinə yenidən baxılacaq".

Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.