Yeni təhsil nazirinin keçmişindən şok: xalqı və Ceyhun Bayramovu necə aşağılayıb
- 31-07-2020, 09:58
- 56 648
Eyni zamanda bildiririk ki, bu günkü nazirə cavab olaraq təhsil eksperti Kamran Əsədov deyib ki, “Bayıldan o tərəfə təhsil almışam” nə deməkdir: “Deyirsiniz ki, Bayıldan bu tərəfə təhsil alanlar savadsızdır? Bildiyim qədər sizin təhsil naziri də Bayıldan bu tərəfə təhsil alıb. Siz hansı pulla, kimin vəsaiti ilə gedib Bayıldan o tərəfə təhsil almısınız? Sizə kim və nəyə görə o pulu ayırıb? Bu danışıq tərzi dövlət qulluqçusuna yaraşmır. Mənim atam siz burada insanları təhqir etsin deyə Qarabağ müharibəsinə gedib sağlamlığını itirməyib. Mən də istərdim ki, atam pul ayırsın, gedib xaricdə təhsil alım, daha “SOROS” fondunun pulu ilə gedib oxumaqla özünü ağıllı, savadlı hesab eləmə. Mən öz biliyimlə bakalavr, magistr, doktrantura təhsilini başa vurmuşam”.
K.Əsədov ümid edir ki, bu ifadəsinə görə üzr istəyəcək: “Sizin kiminsə sponsorluğu ilə Bayıldan o tərəfə təhsil almağınız sizin savadlı olmağınız demək deyil. Ölkədə vitse prezident, Baş nazir, deputat və minlərlə dövlət xadimi var ki, Bayıldan bu tərəfə təhsil alıb. Siz hansı savada, hansı gücə arxayın olub bu insanları təhqir edirsiz? Belə çıxır ki, ölkənin 51 universitetində təhsil alan və almış şəxslərin hamısı savadsızdır? Ümummilli Lider Heydər Əliyev Bayıldan bu tərəfə təhsil alıb, amma Bayıldan o tərəfə, bütün SSRİ-ni idarə edib. Siz birbaşa çalışdığınız nazirliyin əslində yarıtmaz fəaliyyətini təsdiq edirsiniz”.
O, E.Əmirullayevin əməllərini ifşa edib: “Bu nə xəstəlikdir sizdə başlayıb ki, “təhsil ekspertləri”nə qarşı səlib yürüşünə çıxmısınız? Utanmadan bir-bir TV-lərə, saytlara zəng edirsiniz ki, təhsil eksperti Kamran əsədovu çağırmayın, ondan fikir almayın. Nə qədər rəzil duruma düşmüsünüz? Sən get işinlə məşğul ol. Çalış səslənən fikirlərə cavab ver. O ki qaldı, sinifdə şagird sayının keyfiyyətinə, bunu bir dəfə dedin, bəs edər, özün gülməli vəziyyətə salma. Sinqapurdan da sitat gətirmə, məsələn orda sənin kimi təhsildən anlayışı olmayanı təhsil sistemində heç qapıçı da qoymazlar. Orda sinifin ölçüsü, tədris proqramı, dərs deyənin bilik və bacarıqları tamamilə fərqlidir. Ümid edirəm ki, Təhsil Nazirliyinin rəhbərliyi milləti, dövlət xadimlərini açıq şəkildə təhqir edən bu şəxsi mütləq şəkildə cəzalandıracaq”.
cumhuriyyet.az