XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » “Azərsu” talanşılığı: Qorxmaz Hüseynov-Oqtay Əsədov tandeminin gizli əməlləri

“Azərsu” talanşılığı: Qorxmaz Hüseynov-Oqtay Əsədov tandeminin gizli əməlləri

“Azərsu” talanşılığı: Qorxmaz Hüseynov-Oqtay Əsədov tandeminin gizli əməlləri
20-07-2020, 23:29

Bakı Şəhər İcra Hakimiyyəti dəfələrlə şəhərin mərkəzi küçələrini su basmasına görə məsuliyyəti “Azərsu” ASC-nin üzərinə qoyub. Bu dəfə də isə paytaxtı pis qoxu bürüyüb və buna görə də şəxsən Qormaz Hüseynov cavabdehdir. Hər il şəhərin mərkəzi küçələrini və prospektləri, zirzəmiləri su basır. Azərsuyun rəhbərləri isə özlərinə xaricdə evlər və villalar alır.
Pis qoxu ya da leysanlar olanda, onların nəticələrinin aradan qaldırılmaq üçün dövlət tədbirlər görür və Azərsuya böyük pullar ayırır. Leysan kəsilən kimi mərkəzi ərazilərdən su yığılıb, küçələr torpaq və zibildən təmizlənib. Yeyinti o dərəcəyə çatıb ki, “Azərsu”yun (supaylaşdırıcı və kanalizasiya sistemi üzrə operator) kollektorlarının boyük həcmdə suyu qəbul etməyə gücü çatmayıb. Amma yeyinti olmasaydı, bu problemlər olmazdı. Mərkəzi prospektlər boyunca kollektora yağış sularının nəqli üçün evakuasiya xətlərinin gec açılması da əlavə problem yaradıb. “Azərsu” gələcəkdə bu cür hallara yol verməmək üçün əlavə tədbirlər görməlidir.

Pul hara gedir?
Ölkə başçısı İlham Əliyev respublikanın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncamlar imzalayır. Ölkədə su, qaz, elektrik təchizatının yaxşılaşdırılması istiqamətində atılan bütün addımlar alqışlana bilər. Amma görəsən biz bu ölkədə hər hansı məsələnin həlli üçün verilən sərəncamın vaxtlı-vaxtında yerinə yetiriləcəyini görə biləcəyik, ya yox? Keçən dəfə regionlarda qaz təchizatı ilə bağlı rəsmi səviyyədə verilən vədlərin 4-5, bəzən 7-8 il gecikdiyini yazmışdıq. Bu gecikmə problemi su təchizatı məsələsi üçün də eyni olaraq qalır. Bir halda ki, budəfki sərəncam Mingəçevirlə bağlıdır, biz də «Azərsu» ASC-nin veb-səhifəsində 9 il əvvəl (2011-10-05) açıqlanmış bu məlumatı diqqətinizə təqdim edirik: “Oktyabrın 4-də Mingəçevir, Zərdab və Kürdəmir şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin təməlqoyma mərasimi keşirilmişdir… Adıçəkilən şəhərlərdə yenidənqurma işlərinin dövlət büdcəsi vəsaiti hesabına həyata keçirildiyini bildirən «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevin təsdiqlədiyi “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının tərkib hissəsi olan bu layihələr üzrə işlərin 2013-cü ilin əvvəlində başa çatdırılacağını, istehlakçıların dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz olunacaqlarını söyləyib.”

“Azərsu”da həbslər niyə yoxdur?
Bu xəbəri də 2015-ci ildə “Modern.az” yayıb: “Azərsu” ASC-dən verilən məlumata görə, dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlərin böyük hissəsi yekunlaşıb. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.” Bax, əhalini ildən-ilə aldadıb belə ümidlərini öldürürlər. Bəs ildən-ilə ayrılan bu qədər milyonlar hara gedir? Azərsuda deyirlər ki, bütün pulları “Mahmudovçular” talayıb, yəni vəziyyət Qorxmaz Hüseynovdan qabaq da pis idi. Məsələn, Oqtay Əsədovun qardaşı Nazim Əsədov bütün tenderlərə cavabdeh idi. Fakt odur ki, ortada real nəticə yoxdur. Azərsuda hələ həbslər də olmayıb. Camaat da narazıdır.

Yenisabah.az xəbər verir ki, həbs edilmiş Zamin-bankın keçmiş rəhbəri N.İsmayılovun İstanbulda, Qazaxıstanda, Böyük Britaniyada bir neçə mülkünün olduğu bildirilir. Həmçinin qeyd edilir ki, o, Qazaxıstanda da biznes sahibidir. Daxil olan məlumata əsasən, N.İsmayılov Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində restoranlar, obyektlər, tikinti şirkətləri, eləcə də şəhərciklərə malikdir. Bank rəhbəri Milli Məclisin keçmiş sədri “Mahmudovçu” Oqtay Əsədova yaxın adamı və şərikidir. N.İsmayılov rəhbərlik etdiyi bank vasitəsilə vəsait çıxararq sabiq sədrə Rusiyanın paytaxtında restoranlar əldə etməyə, eləcə də inşaat biznesi qurmağa kömək edib. Oqtay Əsədovun qardaşı Nazim Əsədov Azərsuyun pullarını Zamin bank vasitəsilə Sankt-Peterburg şəhərinə yatırırdı. Eyni zamanda, Zamin-bankda şərik idi.
“Qormaz deyir pulu Oqtay yeyib, Oqtay deyir pulu Qorxmaz yeyib”: xalqın traqediyası
Xalq bilməlidir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti son 10 ildə müxtəlif mənbələrdən ən çox maliyyə vəsaiti alan qurumdur. Araşdırmalara görə, son dörd ildə Azərbaycanın su təsərrüfatı və kanalizasiya sistemlərinin bərpası və yenidən qurulması işlərinə dövlət büdcəsindən və hökumət zəmanəti ilə alınan kreditlər hesabına təqribən 3 milyard dollardan artıq vəsait xərclənib. Hələ rəsmi açıqlamaya görə, Dövlət Neft Fondundan ayrılan 779,6 milyon manat vəsait hesabına başa gələn və böyük yeyinti qalmaqalları ilə yadda qalan Oğuz-Qəbələ-Bakı su kəmərinin xərci bura daxil deyil. Xatırladaq ki, her ilin dövlət büdcəsindən də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 10-20 milyon manat vəsait ayrılıb. Keçən il bu vəsait 15 milyon manat olmuşdu. Göründüyü kimi, illərdir pullar “Azərsu”ya su kimi axır. Amma gözlənən ünvanlara illərdir su gedib çıxmır ki, çıxmır…

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.