“Cavanşir Feyziyev nə etmək istəyir?” — Prezidentə müraciət edildi
- 8-07-2020, 11:57
- 1 307
Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.
A.Şakiroğlu qeyd edib ki, bunlar özlərini "milli dövlətçilik” pərdəsi altında gizlədərək dövləti və dövlətçiliyi sabotaj edirlər: "Bu şəxslər milyonlar qazanırlar. Hələ mən son günlər yerli istehsalda olan siqaretlərin qiymətlərinin süni olaraq bahalaşdırılmasını həyata keçirən "EvroTabak" haqqında demirəm. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edirəm: Cavanşir Feyziyev adlı "millət vəkili”nin fəaliyyətinin araşdırılmasını xahiş edirəm. Dövlətimizin koronavirusla mübarizə apardığı çətin bir zamanda dövlətçiliyimizə qarşı verdiyi hoqqabazlığı ifşa etməyin əsl zamanıdır...”
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.