DTX-nın həbs etdiyi Səlim Əlizadənin qardaşı bu vəzifəli şəxsdir
- 7-07-2020, 00:06
- 3 025
Hikmət Əlizadə universitetin Sosial elmlər və psixologiya fakültəsinin dekanıdır. O, həmçinin Respublika Təhsil Şurasının sədridir. Əlizadələrin babası Əbdül Əlizadə məşhur psixoloq-alimdir. 2015-ci ildə dünyasını dəyişən Əbdül Əlizadə həmçinin Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli, psixologiya elmləri doktorudur.
Xatırladaq ki, Səlim Əlizadənin qızı Safura Əlizadə tanınmış estrada müğənnisidir, Azərbaycanı “Eurovision-2010”-da təmsil edərək 5-ci yeri tutub. O, mərhum energetika naziri Natiq Əliyevin gəlinidir.
AFN.az