Nurməhəmmədovun atası vəfat etdi

Cəmiyyət

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov dünyasını dəyişib.

Bu barədə Çeçenistan prezidenti Ramzan Kadırov məlumat verib.

O, bütün çeçen xalqına və Abdulmanap Nurməhəmmədovun ailəsinə başsağlığı verib.