DİN-dən vətəndaşlara ÇAĞIRIŞ
- 2-07-2020, 19:02
- 1 562
Polis əməkdaşları xüsusi səsgücləndiricilər quraşdırılan xidməti avtomobillərlə küçələrdə vətəndaşları məsuliyyətli olmağa çağırıb.
Daxili işlər orqanları əməkdaşları küçə və prospektlərlə yanaşı, yaşayış komplekslərinin ərazisində, məhəllələrdə, əhalinin sıx toplaşdığı yerlərdə gəzərək səsgücləndiricilərlə vətəndaşlara xəbərdarlıq edir, onların sosial məsafə saxlamasını, tibbi maska və qoruyucu vasitələrdən istifadəsini, ehtiyac olmadığı halda evdən çıxmamağı tövsiyə edirlər.