Elman Səmədova general-mayor ali hərbi rütbəsi verildi — SƏRƏNCAM

Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elman Səmədova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin Hərbi təhlükəsizlik məsələləri şöbəsinin müdiri Elman Mühyəddin oğlu Səmədova general-mayor ali hərbi rütbəsi verilib.