XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Bütün icra başçıları bir gündə vəzifəsindən azad edilsin - TƏKLİF

Bütün icra başçıları bir gündə vəzifəsindən azad edilsin - TƏKLİF

Bütün icra başçıları bir gündə vəzifəsindən azad edilsin - TƏKLİF
24-06-2020, 10:30

Abşeron İH-nin vəzifəli şəxsləri də həbs edildi.

Son 10 ildə Xırdalanda yaşadığım üçün belələrinin əməllərindən qalın bir kitab yazaram. Çünki özüm və qardaşım hələ 2011-ci ildə bütün sənədləri qaydasında olan torpaq mülkiyyətində mənzil tikəndə bu adamların qanunsuzluğunun hər üzünü görmüşük.

Şəxsi məsələ, xırda iş deyib, keçdim onların üzərindən və ictimailəşdirmədim o zaman. İndi də olub-keçən məsələdən yazmaq istəmirəm, deyəcəyim başqadır.

Aydındır ki, təyinatlı icra hakimiyyəti sistemini xalqın səsilə formlaşan yerli seçkili qurumlara verməyəcəklər. Çünki bu addım hazırkı idarəetmənin prinsiplərinə və fəlsəfəsinə zidd addım olardı.

Amma icra hakimiyyəti sitemində, az da olsa, nəyisə dəyişmək istəyirlərsə, onda aşağıdakı addımları atmaq bəlkə də azacıq nəyisə dəyişə bilər:

1) Bütün icra hakimiyyəti başçıları bir gündə, bir fərmanla kreslosundan alınır, ən azı 2 ay müddətinə onların vəzifələri müavinlərindən birinə tapşırılır;

2) Bütün icra başçılarının postuna kadr seçimi üçün müsabiqə elan edilir. Namizədlər üçün meyarlar (idarəetmə, hüquq və iqtisadiyyat sahəsində ali təhsil, ixtisası üzrə, azı, 5 iş il iş təcrübə və s.) açıq göstərilir. Təyinat iddialılar arasından seçilib aparılır, bütün iddiaçıların CV-si hansısa sayt vasitəsilə ictimailəşdirilir;

3) Təyinatdan sonra köhnə aparat tam buraxılır, yeni başçı yeni aparat təşkil edir;

4) Təhsil və səhiyyə sahəsində, xüsusən bu sahələrə vəzifəli şəxslərin təyinatı və büdcənin istifadəsi sahəsində İH-nin səlahiyyətləri dondurulur...

Rövşən Ağayev, iqtisadçı //dominant.az//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.