Qaradağ rayonunda qaranlıq işlərə imza atan “bacanaq”lar kimin..../FOTO
- 20-06-2020, 22:07
- 1 939
Dəyərli “Kanal14.az” saytının izləyiciləri,bu gün diqqətinizə çatdıracağımız maraqlı məlumatlar hesab edirik ki,hər kəsin diqqətini özünə cəlb edəcək. Belə ki,ölkəmizin bu ağır pandemiya ilə mübarizə apardığı bir vaxtda,bəzi “klan” üzvlərinin qanunsuz əməlləri diqqətimizdən yan keçmədi. Artıq bir neçə gündür ki,Qaradağ rayonunun bir neçə qəsəbə və kəndlərindən redaksiyamıza daxil olan şikayət xarakterli müraciətlərin ardı-arası bitib tükənmir.
Olunan müraciətlər arasında diqqətimizi cəlb edən əsaslı məlumatlardan biri budur ki,rayonun Müşviqabad qəsəbə ərazisində dövlətə aid daşınmaz əmlakın qeyri-rəsmi şəxslər tərəfindən pay-puş edilməsidir. Hətta bu azmış kimi,həmin ərazilərdə tikilən qanunsuz mənzillərin komunal xidmətlərlə təmin edilməsi üçün,dövlətin rəsmi qurumlarının səlahiyyətli şəxsləri rüşvət qarşılığında qeyri-qanuni işlərə imza atırlar.
Bəs görəsən bu ərazidə bütün baş verən qanunsuz işlərin başında kimlər dayanır?
Tərəfimizdən aparılan araşdırmalar zamanı “klan”nın əsas icraçıları hesab olunan Akif və Nəriman adlı bacanaqlar müəyyən edilmişdir. Qısa müddət ərzində bu şəxlərin qanusuz əməllərinin üzərini ört-bastır edən məmurların adları əsaslı dəlillərlə tərəfimizdən içtimaiyyətə təqdim olunacaq. Bir məlumatı da diqqətinizə çatdıraq ki,2019-cu ildən etibarən ölkə Prezidenti tərəfindən qanunsuz tikintilər barədə verdiyi göstəriş və tapşırığa,bu ərazidə “bacanaq”lar və onların üst dairələri tərəfindən məhəl qoyulmur.
Ardı var...!!!
Söz haqları olduğu üçün qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.