Baş Prokurorluğun 2 idarəsinə müavinlər təyin olunub - ADLAR
- 19-06-2020, 16:12
- 1 161
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş prokurorun imzaladığı əmrlərlə Elşən Albəndov Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Yadigar Aslanov isə Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Müraciətlərə ilkin baxılması şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifələrinə təyin edilmişlər.