İLGİNC: Mənsimov şəxsi təyyarəsi ilə Pensilvaniyaya doktor aparıb - FƏTULLAH GÜLƏNİ MÜALİCƏ ETMƏYƏ...
- 16-06-2020, 16:50
- 1 254
Virtualaz.org xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən “Denizhaber” portalının baş redaktoru Recep Canpolat Mübariz Mənsimovun “Palmali” şirkətinə məxsus özəl təyyarə ilə Türkiyədən ABŞ-ın Pensilvaniya ştatına, Fətullah Gülənin yanına hazırda “Hürriyet” qəzetinin baş redaktoru olan tibb professoru Osman Müftüoğlunu apardığını iddia edir.
Onun bildirdiyinə görə, Fətullah Güləndə prostat vəzisi problemi olub və doktor Osman müftüoğlu onu müalicə etdiyi müddətdə “Chestnut Camp”da qalıb. Fətullahın adamları Mənsimova və ona orada hərtərəfli qayğı göstəriblər.
Canpolat iddia edir ki, Mənsimov və Müftüoğlu “Palmali” şirkətlər qrupuna daxil olan “Palmali Air” şirkətinə məxsus olan, TC-MMG bort nişanlı “Dassault Falcon” təyyarəsi ilə Pensilvaniyaya gediblər.
O, Mənsimova suallar ünvanlayır, Fətullahı müalicə etmək üçün Müftüoğluna nə qədər pul ödədiyini açıqlamağa çağırır.