Fərəh Əliyeva mədəniyyət naziri təyin olunub?
- 3-06-2020, 17:33
- 1 568
Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra bu yüksək vəzifəyə kimin gətiriləcəyi ictimaiyyətin marağındadır.
365.Az-ın məlumatına görə, bu vəzifəyə Fərəh Əliyevanın təyinatı gözlənilir.
Bununla bağlı rəsmi sərəncam veriləcəyi bildirilir.
Qeyd edək ki, Fərəh Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiridir.