11 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - İDDİA

Cəmiyyət

2019-cu ilin mayın 14-də dövlət başçısına və digər aidiyyatı qurumlara ünvanlanmış məhbus məktubunun bir nüsxəsi 1 ildən sonra İfadetv.com saytına göndərilmişdir. Adının qeyd edilməsini istəməyən məhbusun yaxınları da xahiş etdilər ki, 1 ildir ki, məhbusun məktubuna rəsmi reaksiya verilmədiyindən onu olduğu kimi cənab Prezidentə çatdırılmasında yardımçı olaq.

İfadetv.com saytı da məhbus ailəsinin xahişini nəzərə alaraq məktubu olduğu kimi dərc etməzdən əvvəl xatırlatmaq yerinə düşər ki, doğrudanmı 11 saylı CÇM-nin rejim üzrə rəis müavini Mirzəyev İlqar adlı şəxs özünə məxsus Balaxanaıda vəZabratda saxladığı donuz fermalarında məhbuslara verilən yeməklərin bir hissəsini daşıtdırır və kasıb məhbus ailələrini pul vermək imkanı olmadıqlarına görə, bunun əvəzində onları qul kimi işlədir. //ifadetv.com//

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...