Elmira Axundovadan 28 May hörmətsizliyi – Foto

Cəmiyyət

Azərbaycanın Ukraynadakı yeni səfiri Elmira Axundova 28 May təbrikini rus dilində yazdırıb. Reportyor.info-nun verdiyi xəbərə görə, bunu jurnalist Fikrət Hüseynli paylaşıb.

O, çağırış edib ki, bayram təbrikini heç olmasa Azərbaycan, ingilis və Ukrayn dilində yazsınlar: “Nəzərə alsınlar ki, Ukrayna Rusiya ilə müharibə aparır. Ən azı buna görə etik deyil. Lakin bunlara çatmaz. Xarici işlər naziri 4 milyona Nyu Yorkda ev alanda diplomatiyamız da bu gündə olacaq. Bu adamlar diplomatiya deyəndə ancaq diplomatda pul başa düşürlər…”

Xatırladaq ki, səfirin oğlunun adı ölüm işində və maliyyə fırıldağında keçir.