"Vüqar Səfərli əyninə şalvar ala bilmirdi, indi Şamaxının icra başçısı ona donuz ovu təşkil edir”
- 30-05-2020, 11:50
- 1 727
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
“Qardaşım Qurban Məmmədov Vüqar Səfərliyə iş verdi. Maxinasiya ilə məşğul olduğuna görə qovduq. Sonra hansısa xətlə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru təyin edildi. Biz bu adamları çox yaxşı tanıyırıq. Təsəvvür edin, vəzifədə olanda Şamaxıya gedirdi, rayon icra hakimiyyətinin başçısı ov üçün xüsusi hazırlıq görürdü, donuzları qabağına qovalayırdılar ki, ov etsin. Bu adam oğru, dələduz olub. İcra başçısının bu adamın xidmətində dururdu, kimdi bu? Əyninə şalvar ala bilmirdi...” – S.Cəlaloğlu qeyd edib.