YAP-ın bu təşkilatlarının qərargahlarını kim satıb? - İLGİNC
- 27-05-2020, 17:33
- 1 456
Musa Musayev qərargahların kimlər tərəfindən ələ keçirildiyini açıqlamayıb.
YAP-ın yerli təşkilatlarının rəhbərliyində adətən icra hakimiyyətlərinin vəzifəli şəxsləri təmsil olunur. Bu təsisat YAP-ın Mərkəzi Aparatından daha çox icra hakimiyyətlərinə tabedir. Bu baxımdan ehtimal etmək olar ki, yerli təşkilatların köhnə qərargahları elə icra hakimiyyətləri tərəfindən ələ keçirilir.
Musa Musayevin söylədiklərindən belə anlaşılır ki, hakim partiyada da bundan məlumatlıdırlar.
Məlumat üçün deyək ki, YAP-ın Binəqədi təşkilatının sədri Ramiz Göyüşov, Yasamal təşkilatının sədri Tağı Əhmədov, Xətai təşkilatının sədri Hüseynbala Mirələmov, Nərimanov təşkilatının sədri isə Təmraz Tağıyevdir. //yenisabah.az//