Baş dəmiryolçunun yolu heç də hamar olmaya bilər... - İDDİA
- 26-05-2020, 12:51
- 5 222
"Əgər yoxlama formal xarakter daşımasa, ortaya çox ciddi yeyinti faktları çıxa bilər. Ən azından Cavid Qurbanovun həmin vəzifəyə gəlişindən sonra baş tutan vaqon alışının sənədlərinə gözucu nəzər salmaqla buna nail olmaq mümkündür", - deyə xəbərdə vurğulanırdı.
Bununla bağlı Vertikal.Az-a maraqlı bir xəbər daxil olub.
Belə ki, mötəbərə mənbədən əldə etdiyimiz informasiyaya görə, həqiqətən də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məhz Cavid Qurbanovun rəhbərliyi dövrünə aid maliyyə fəaliyyətinin yoxlanılması gözlənilir:
"Bu addımın atılması çox cidi mətləblərdən xəbər verir. Çünki ortaya çıxacaq neqativlər dərhal Baş Prokurorluğa yönəldiləcək".
Vertikal.Az-ın məlumatına görə, yoxlamalar gələn ayın ortalarından etibarən start götürə bilər.
İddialarla qarşı tərəfin də münasibətini yaymağa hazırıq...