Kəmaləddin Heydərovu qaydanı pozduğuna görə hansı cəza gözləyir?
- 21-05-2020, 11:18
- 1 416
Pravda.az-ın xəbərinə görə, nazirə məxsus “Mercedes” markalı avtomobil işıqforun qırmızı işığında keçərək “Maserati”yə çırpılıb.
Qəza zamanı nazir də avtomobildə olub. O, dərhal mühafizəçilərin olduğu avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.
Qanunvericiliyə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 3 bal və 60 manat cərimə yazılır.