"Tibbi maska taxmayan şəxslərə cərimə tədbiq olunmur" - DİN
- 12-05-2020, 13:47
- 1 176
Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov açıqlamasında qeyd edib ki, tibbi maskadan istifadə etməyənlərə qarşı hər hansı bir cərimə nəzərdə tutulmayıb: “Maska taxmayan şəxslər ictimai nəqliyyata buraxılmır. Vətəndaşlardan tələb olunur ki, mütləq qaydada tibbi maskadan istifadə etsinlər”.